Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
Salam hörmətli ASA rəhbərliyi,
10.12.2018-ci il tarixdə Sabunçu körpüsünün üstündə Atəşgah sığortada sığortalı olan 99HG422 nömrəli kia markalı avtomobil zəncirvari qəza törədərək mənim də avtomobilimə ( DQN 90TD041) ciddi ziyan vurmuşdur. İlkin qiymətləndirməyə mənim avtomobilimin təmir xərci 1285 azn təşkil edir. Lakin Atəşgah sığorta şirkəti mənə 312 azn məbləğ ayırıb.
Qeyd edim ki, icbari sığorta qanunvericiliyinə əsasən əmlaka görə nəzərdə tutulan 5000 azn limit ədalətli bölüşdürülməlidir.Lakin digər hadisə iştirakçılarına daha subyektiv yanaşılır və məbləğin əksər hissəsi həmin iştirakçılara ayrılıb.
Çox xahiş edirəm bu məsələyə obyektiv yanaşılmasına köməklik edəsiniz və ədalətsizliyi aradan qaldırasınız.