Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
Salam. Noyabr ayının 20-si 30-u tarixi aralığında (təəssüf ki, dəqiq tarixi unutmuşam) sığorta agenti mənə zəng edərək Paşa Sığorta şirkəti üzrə avtomobil sığortası təklif etdi. Mən təklifi qəbul etdim və kuryer vasitəsi ilə 106 manat ödəniş etdim. Mənə Paşa Sığortanın stikerini təqdim etdilər. Lakin hazırki tarixədək onlar tərəfindən ödəniş sistemə işlənmədiyi üçün demək olar ki, hər iki gündən bir mənə SMS ilə ödəniş kodu göndərilir. Həmin agentin əlaqə nömrəsini səhvən saxlamadığım üçün məsələni araşdıra bilmirəm. Sonuncu təqdim edilmiş kod: 270841602773-dür. Xahiş edirəm bu kod vasitəsi ilə həmin agenti müəyyən edib əlaqə nömrəsini mənə bildirəsiniz və ya məsələni özünüz agentlə həll edəsiniz. Eyni zamanda, məsələ ilə əlaqədar 04.12.2018-ci il tarixdə Paşa Sığorta ilə əlaqə saxladım (0512505975), lakin agentin müəyyən edilməsinin mümkün olmadığı bildirildi və agentin həmin ödənişi sistemə daxil edəcəyi qeyri-müəyyən müddətədək gözləmək mənə tövsiyə olundu. Bununla yanaşı mənə bildirildi ki, agent mənim seçdiyim şığorta şirkətini (Paşa Sığorta) öz mülahizəsi əsasında dəyişdirə bilər. Yaranmış qeyri-müəyyənlik ciddi narahatlıq doğurur. Eyni hal ilə böyük ehtimalla bir çox nəqliyyat vasitəsi sahibləri qarşılaşır. Xahiş edirəm məsələnin yalnız mənə münasibətdə deyil, inzibatçılığı təkmilləşdirərək ümumilikdə həllinə kömək göstərəsiniz. Xahiş edirəm müraciətimə baxılmanın nəticəsi barədə mənə məlumat verəsiniz.
Hörmətlə, Fərid Əliyev