Feedback List
Xidmətimizdən razı qaldınızsa bizdən danışın!
Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!
Bal
+1
Yoxlanılır
Dövlət Sığorta Şirkəti
Sizin 30 noyabr 2018-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, Vəliyev Taleh Bəşir oğlunun idarə etdiyi VAZ 2106 markalı, AZ 25 BB 188 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vətəndaş Şahverdiyev Anar Saday oğlunun idarə etdiyi MERCEDES BENZ C180 markalı, AZ 20 CV 792 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, Rzayev Muraz Ağası oğlunun idarə etdiyi HYUNDAİ SANTAFE markalı, AZ 25 BA 505 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Təqdim edilmiş sənədlərdən müəyyən oldu ki, vətəndaş Şahverdiyev Anar Saday oğlunun idarə etdiyi MERCEDES BENZ C180 markalı, AZ 20 CV 792 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 5.181 (beş min bir yüz səksən bir) manat, vətəndaş Rzayev Muraz Ağası oğlunun idarə etdiyi HYUNDAİ SANTAFE markalı, AZ 25 BA 505 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 2.660 (iki min altı yüz altmış) manat zərər məbləği müəyyən edilmişdir. Dəymiş zərər məbləğləri “Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Qanuna əsasən vətəndaşlar arasında mütənasib qaydada bölündükdən sonra vətəndaş Şahverdiyev Anar Saday oğluna 3.300 (üç min üç yüz) manat, vətəndaş Rzayev Muraz Ağası oğluna 1.700 (bir min yeddi yüz) manat sığorta ödənişi hesablanmış və ödənilməsi barədə Mühasibat Uçotu Departamentinə 13 dekabr 2018-ci il tarixli CML-2032 və CML-2048 saylı akt verilmişdir.
2018-12-18 10:41:03