Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
Mənə məxsus olan 90 TS 094 nömrəli avtomobilim 4 sentyabr tarixdə avtomobil qəzası nəticəsində vurulub. Əks tərəfin sığorta (ATA sığorta) nümayəndəsi hadisə yerinə gəlib müvafiq tədbirləri gördükdən sonra Bakı şəhər Dövlət Yol Polisinə sənədlər təqdim olundu. Sənədlər ATA sığortaya daxil olduqdan sonra mən ora müraciət etmişəm. Qiymətləndirmə ilə bağlı məni KİA servisə (Nərimanov rayonunda yerləşən) göndərdikdən sonra ora müraciət etdim və orada güya qiymətləndirmə apardılar və mənə dedilər ki sığorta ilə əlaqə saxlayım və nəticəsini ora göndərəcəklər. Bundan sonra mən ATA sığortanın Yasamal rayonunda yerləşən ofisinə getdim və orada A4 kağızında heç bir möhürü, ştampı olmayan kağızda qiymətləndirmə aparılmasını mənə göstərdilər. Mən bildirəndə ki, bu kağızla razı deyiləm və mənə rəsmi qiymətləndirmə sənədinin verilməsini onlardan xahiş etdim. Mənə 2-ci otaqda bildirdilər ki, sənin nə işin var gedin servisə nə lazımdı onlar edəcəklər, xoşunuz gəlməsə müraciət edərsiz. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, qiymətləndirmə reallığı əks etdirmir. Əgər belə olmasaydı rəsmi sənəd tərtib olunardı. Eyni zamanda qeyd etmək istəyirəm ki, burada növbəyə yazılmaq məsələsi də problemdir. Kim -kimdən sonradır bilinmir. Yaxşı olar ki, banklarda olduğu kimi, cihaz quraşdırılsın və müraciət edən şəxs içəri daxil olduqda həmin cihaz vasitəsilə nömrəsini götürüb növbəsi gəldikdə masa arxasına otursun. Xahiş edirəm nəzərə alınsın.