preloader gif

Azərbaycanda son 5 ildə sığorta bazarı 2 dəfə böyüyüb - Rəşad Orucov


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

icbari əmlak
12:13 22.05.2024

Azərbaycanda son 5 ildə sığorta bazarı 2 dəfə böyüyüb.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Rəşad Orucov Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda sığortanın böyük potensialı var və başlıca məqsəd bu potensialı reallaşdırmaq, bazarın həcmini artırmaqdır:

“Ötən dövrdə sığorta sektorunun risklərinin tənzimlənməsi çərçivəsi inkişaf etdirilib. Sığortalılara qarşı ədalətli rəftarın təşkil edilməsi, bununla sığortaya ictimai inamın formalaşdırılması üçün mühüm tədbirlər görülüb. Sığorta sektorunun infrastrukturu yaxşılaşdırılıb. Cəmiyyətdə sığorta mədəniyyətinin artırlması üçün maarifləndirilmə tədbirləri keçirilib”.

R.Orucov onu da qeyd edib ki, son illər maliyyə bazarının bütün seqmentlərində davamlı inkişaf müşahidə edilir:

“AMB maliyyə xidmətlərinin diversifikasiyası, keyfiyyəti, əlçantalığı və effektivliyinin təmin edilməsi, eyni zamanda əhalinin maliyyə savadlılığının artırılması və etimadın yüksəldilməsi, o cümlədən maliyyə sektorunun katastrofik risklərə qarşı gücləndirilməsi kimi strateji istiqamətləri əhatə edən maliyyə sektorunun strateji inkişaf sənədi hazırlanıb və təsdiqlənib".

SIĞORTANI İNDİ ƏLDƏ ET