İqtisadiyyat Nazirliyində - YENİ TƏYİNAT

09:59 15.12.2021

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri

İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzininin icraçı direktoru vəzifəsinə təyinat olub.

FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu vəzifə Tamerlan Tağıyevə həvalə edilib.

T.Tağıyev bu təyinata qədər İslam İnkişaf Bankının (IsDB) Azərbaycan nümayəndəliyinin rəhbəri vəzisində çalışıb.

Hazırda o, həm də IsDB-nin Direktorlar Şurasının üzvüdür.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.