11:39 30.11.2021
“Azərbaycan və Türkiyə arasında “Yaşıl kart” sığorta sistemlərinin inteqrasiya edilməsi ilə bağlı iş aparılır”.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov bildirib.
“Artıq Beynəlxalq İcbari Sığortalar Bürosu bu məsələni təsdiqləyib. Yəni Azərbaycana məxsus avtomobil Türkiyə ərazisinə daxil olanda sürücüdən sənədləri baxılması tələb edilməyəcək. Çünki, onun “Yaşıl Kart”ı sistemdə görünəcək. Biz bu inteqrasiyanı Rusiyanın “Yaşıl Kart” sığorta sistemi ilə də etmək istərdik”, - deyə o, qeyd edib.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.