preloader gif

DSMF rəsmisi: "Sosial sığorta ödəmələri ilə bağlı qanunvericilik sadələşdiriləcək"


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
10:14 14.10.2021

“Azərbaycanda sosial sığorta və sosial sığorta ödəmələri ilə bağlı qanunvericiliyin daha da sadələşdirilməsi, təkmilləşdirilməsi istiqamətində müəyyən layihələr var”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev deyib.

Onun sözlərinə görə, həmin layihələr hazırda razılaşdırma mərhələsində olduğuna görə ətraflı məlumat vermək olmur: “Çox sayda yeniliklər olacaq. Məqsədlərdən biri sığortaedənlərin, yəni müəssisələrin inzibati iş yükünün azaldılmasıdır. Bu da sığortaolunanlara göstərilən xidmətləri sürətləndirəcək”.

Mənbə: Report.az

SIĞORTANI İNDİ ƏLDƏ ET