preloader gif

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə - Ödəniş Tərəfi Dəyişəcək

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
11:44 30.11.2021

“Azərbaycandakı avtomobillərin 90%-dən çoxu avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanıb”.

FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

“Bu səbəbdən də həmin sığorta növü üzrə sığorta şirkətlərinə müraciətlər çoxdur. Bu sahədə yeniliklər olacaq. Biz beynəlxalq təcrübəni öyrənirik. Hazırda belədir ki, sığorta hadisəsi olanda zərər görənə zərər verən kompensasiya ödəyir. Amma biz nəzərdə tutmuşuq ki, zərər görən öz sığorta şirkətinə müraciət etsin və bu da məsuliyyəti artıracaq”, - deyə o, qeyd edib.

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET