preloader gif

İcbari sığorta üzrə nəzarət tədbirləri sığorta müqavilələrinin sayını artırıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
12:53 10.09.2021

İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalarına elektron sistem üzərindən nəzarət tədbirləri çərçivəsində 2020-ci ilin sonlarından başlayaraq 2021-ci ilin aprel ayında yekunlaşan qabaqlayıcı tədbirlərin ilk mərhələsində 620 işəgötürənlə bağlı e-sistem üzərindən araşdırma aparılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Caspian Energy Club”un təşkil etdiyi “Online B2G Forum”da çıxış edərkən deyib.

Onun sözlərinə görə, onlardan inzibati xəta halları aşkar olunan 156 işəgötürənlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

“Bu ilin iyul ayından ikinci mərhələ kimi, 649 işəgötürənin məlumatları təhlil olunub və onlardan inzibati xəta faktları aşkarlanan işəgötürənlərlə bağlı tədbirlərin görülməsi prosesi davam etdirilir. Ümumilikdə qabaqlayıcı və nəzarət tədbirləri nəticəsində altsistemdə qeyd olunan icbari sığorta müqavilələrinin sayında 101 min artım özünü göstərib”, - deyə F. Heydərov qeyd edib.

O həmçinin bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti iyul ayından etibarən işəgötürənlərlə onlayn görüşlərə başlayıb. Məqsəd işəgötürənləri əmək qanunvericiliyi sahəsində maarifləndirmək, məlumatlandırmaq, onların suallarına birbaşa cavab vermək, əlçatanlığı təmin etməkdir. İlin sonunadək 30 görüşün keçirilməsi nəzərdə tutulur.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET