preloader gif

“Meqa Sığorta”dan səyahət edənlərə şad xəbər!


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
10:02 24.08.2021

Zaman keçdikcə səyahət sığortası ilə bağlı insanların gözləntiləri dəyişir. Xəyallarınızda olan səfərləri reallaşdırmaq üçün Meqa Sığorta Şirkəti hər zaman gözləntilərinizə uyğun addımlayır. Gözlənilmədən baş verən bütün hadisələri operativ şəkildə tənzimləyən və hər zaman müştərilərin ehtiyac olduğu sığorta məhsullarını təqdim edən Meqa Sığorta gərgin keçən pandemiya dövründə  hər zaman müştərilərin yanında oldu.

Qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklərdən qorunmaq məqsədilə, “Meqa Sığorta” ASC səfər etməyi planlaşdıranlar üçün səyahət sığortası müqavilələri üzrə təminat şərtlərini yenilədi. Artıq Meqa Sığorta müştərilərə təqdim etdiyi səyahət sığortasına Covid-19 təminatını əlavə etdi.

Belə ki, “Meqa Sığorta” ASC səyahət sığortasını əldə edən müştərilərə səfər zamanı Covid-19 virusuna yoluxma halında yaranan tibbi xərcləri qarşılayacaq maddi təminatdan yararlanmaq imkanı təqdim edir.

Xatırladaq ki, “Meqa Sığorta” ASC səyahət sığortası ilə yanaşı korporativ və fərdi müştərisinə 31 növ könüllü və 3 icbari sığorta üzrə xidmət göstərir. Hər müştəriyə peşəkar yanaşmaqla yanaşı, göstərilən xidmətlərin keyfiyyəti, müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları, bununla belə, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi nəticəsində Şirkət Azərbaycan sığorta bazarının liderlərindən biri olub qalmaqdadır.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET