preloader gif

ASA pulların yuyulmasına qarşı mübarizə mövzusunda təlim təşkil edib


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
11:59 17.08.2021

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə ASA Tədris Mərkəzində sığorta şirkətlərinin əməkdaşları üçün daha bir əhəmiyyətli təlim təşkil olunub.

ASA-dan verilən məlumata görə, bu dəfəki təlim cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusuna həsr edilib.

Ölkədə fəaliyyət göstərən 20 sığorta şirkətinin əməkdaşlarının iştirak etdiyi təlimdə pulların yuyulmasının mahiyyəti, xüsusiyyətləri, təzahür formaları, mexanizmi, alətləri, tipik sxemləri, eyni zamanda bütün bu məqamların terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəsi yönündə istiqamətlərə toxunulub.

Təlimdə Azərbaycan Mərkəzi Bankının və ASA-ya üzv olan mütəxəssislərin çıxışları dinlənilib.

Mənbə: Fins.az 

SIĞORTANI İNDİ ƏLDƏ ET