preloader gif

Məcburi sosial sığortanı kimlər ödəyir?


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri,İcbari tibbi sığorta,icbari tibbi sigorta
12:21 12.08.2021

Hər bir dövlətdə əmək fəaliyyəti göstərən işçilər həmin dövləti qanunları çərçivəsində məcburi sosial sığorta ödəyirlər. İqtisadçı ekspert Radil Fətullayev Azərbaycanda qanunvericiliyin tələblərini şərh edir.

Azərbaycanda məcburi dövlət sosial sığortasına (MDSS-ə) cəlb olunan şəxslər 7 qrupa ayrılır:

1. Əmək müqaviləsi ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər;

2. Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

3. Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər (Neft-qaz sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər və sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən işçilər (2016-cı il mayın 1-dən 5 il müddətində) istisna olmaqla);

4. Seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);

5. Prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri;

6. Vəkillər kollegiyasının üzvləri;

7. Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər;

“Sosial sığorta haqqında” Qanuna əsasən, yuxarıdakı 7 qrupa daxil olan şəxslərin gəlirlərinin MDSS-ə cəlb olunması qaydası eyni deyil: onlarla bağlanmış müqavilələrin növündən və xarakterindən asılı olaraq, MDSS-ə cəlb olunma metodu da fərqli qaydada aparılır. 






Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET