preloader gif

"Rəvan Sığorta"nın səhmləri dövriyyədən çıxarılacaq


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
16:44 09.08.2021

Sentyabrın 7-də ləğv prosesində olan “Rəvan Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 40 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Rəvan Sığorta”nın nizamnamə kapitalını təşkil edən səhmlərin dövriyyədən çıxarılması məsələsi daxildir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı "Rəvan Sığorta"nın lisenziyasını bu ilin mart ayında ləğv edib. Bu qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə uyğun olaraq, şirkətin könüllü müraciəti əsasında qəbul olunub.

Mənbə: Report.az

SIĞORTANI İNDİ ƏLDƏ ET