preloader gif

Agent banklar "Atabank" və "Amrahbank" əmanətçilərinin ərizə qəbulunu başa çatdırıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
10:28 07.05.2021

Lisenziyası ləğv edilən “Atabank” ASC və “Amrahbank” ASC-nin əmanətçilərinə kompensasiya ödənişi üçün ərizələrin qəbul müddəti 1 may 2021-ci il tarixindən etibarən başa çatıb.

Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) “APA-Economics”ə verilən məlumata görə, adı çəkilən ləğv prosesində olan bankların əmanətçilərinin kompensasiya ödənişi üçün müraciətlərinin müddətinin uzadılması ilə bağlı müvafiq sənədlərlə birlikdə ərizələrinin qəbulu artıq Fondun baş ofisində (Babək prospekti 16 ünvanında) həyata keçiriləcək.
 

  • Vergi orqanlarının xətti ilə büdcəyə yanvar-martda 3,1 mlrd. manatdan çox vəsait daxil olub
  • AİB ötən il üzv ölkələrə 32 mlrd. dollar ayırıb
  • Azərbaycanda manatla pul bazası 32% artıb

Qeyd edək ki, ötən ilin iyun ayının 1-dən cari ilin may ayının 1-dək “Atabank” ASC-nin 9 837 əmanətçisinə 246 822 559 mln. manat (ümumi kompensasiya öhdəliyinin 94,81%-i), “Amrahbank” ASC-nin 5 844 əmanətçisinə 140 461 716 mln. manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), hər iki bank üzrə isə toplam 15 681 əmanətçisinə 387 284 275 mln. manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Əmanətlərin Sığortalanması Fondu müflis elan olunan “Atabank” və “Amrahbank” qarşısında borc öhdəliyi (kreditləri) olan fiziki şəxslərin ödənişlərini köçürmə yolu ilə sözügedən ləğv prosesində olan bankların Azərbaycan Mərkəzi Bankında açılan xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə həmin bankların baş ofisləri (Bakı şəhəri üzrə) və filial şəbəkələrində (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə), eyni zamanda “MilliÖN” ödəniş terminalları vasitəsilə həyata keçirmələrini kütləvi informasiya vasitələrində, Fondun sosial media hesablarında və rəsmi veb saytında məlumat dərc edərək bildirilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” və “Amrahbank”ın bank fəaliyyətinin aparılması üçün verilən lisenziyaları ləğv edilib. Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-129/2020 saylı qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC müflis elan edilən və iflas proseduruna başlandı. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Atabank” ASC və “Amrahbank” ASC-nin ləğvedicisi təyin edildi.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Fond agent bank vasitəsilə əmanətçilərin ərizələrini kompensasiya ödənişi ilə bağlı elanın ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Məlumat üçün bildirmək istərdik ki, Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin, bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Bununla əlaqədar olaraq, “Atabank” ASC və “Amrahbank” ASC ilə bağlı ilk bildiriş 01.05.2020-ci il tarixində www.adif.az saytında yerləşdirilib.

Qeyd edək ki, sözügedən bildirişlər (3 dəfə) elan edildikdən sonra 1 il müddətində Fond “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sözügedən ləğv prosesində olan bankların sığortalı əmanətlərinin tam şəkildə kompensasiya edilməsi prosesinə başlaması haqqında məlumatı kütləvi informasiya vasitələrində və Fondun rəsmi saytında elan olundu və kompensasiyaların ödənilməsi prosesinə başlanıldı. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapital Bank” ASC seçildi.

Kompensasiyaların çevik şəkildə ödənilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və xüsusilə də ölkəmizdə tüğyan edən COVID-19virusu səbəbi ilə tətbiq olunan karantin rejiminə riayət olunması məqsədilə qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilməsinə şərait yaradıldı. Həmçinin “Kapital Bank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması üçün qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi iki mərhələdə baş həyata keçirilmişdir. İlkin olaraq 01 iyun 2020-ci il tarixindən başlayaraq “Atabank” ASC və “Amrahbank”ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların və 01 iyul 2020-ci il tarixindən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə də kompensasiyaların verilməsinə başlanıldı.

Əmanətlərin Sığortalanması Fondu 2007-ci il 12 avqust tarixində əmanətlərin sığortalanması, ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək məqsədləri üçün yaradılıb. Banklarda sığorta hadisəsi baş verdikdə Fond əmanətçilərin kompensasiyalarının ödənilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada təmin edir, eləcə də sözügedən maliyyə institutlarının ləğvedicisi kimi fəaliyyət göstərir.
 

Mənbə: Apa.az

SIĞORTANI İNDİ ƏLDƏ ET