Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
01.12.2018 tarixində Vaz 2107 markalı 10GS149 d.q.n-li avtomobil ilə hadisə törənmış, və nəticədə Mənə məxsus Toyota markalı 10GG127 d.q.n-li avtomobilimə maddi zərər dəymişdir. Mega sıgorta şirkəti avtomobilə dəyən zərəri 233 AZN məbləğində dəyərləndirmişdir, və maşına baxış keçirildikdən 7 iş günü sonra qiymətləndirməni təqdim etdilər. Halbuki avtomobilə dəymiş zərər MyAuto servis mərkəzində 805 AZN məbləğində qiymətləndirilmişdir. Müstəqil expert təyin edilməsini istədim yalnız 2 nəfərin, öz işlədikləri mütəxəssislərin adlarını verdilər. Siyahıda olmayan müstəqil sığorta mütəxəsislərini seçdiyim təqdirdə qiymətləndirmənin qeyri müəyyən tarixə uzanacağını bildirdilər.
Toyota-nın rəsmi servisində qiymətləndirmə aparılmasını təklif etdim qəbul etmədilər.
Xahiş edirəm bu məsələdə köməklik göstərəsiniz.